Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan vətəndaşlarının və ölkəmizə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı cari il mayın 25-i saat 00:00-dan etibarən bərpa edilib.
Bu marşrut üzrə Azərbaycanın ərazisinə səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayaıb. pizza mizza
Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Rusiya vətəndaşlarının Azərbaycanın ərazisində müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək DMX-nin regional miqrasiya baş idarələri (idarələri) və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərələrinə müraciət edə, eləcə də xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.
Telegram kanalımız