Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

saytların hazırlanması

Evə çatdırılma

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Sosial

12 Aprel 2023 10:27 551


Bu gündən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat yayıb.

Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses mayın 16-da yekunlaşacaq. pizza hut

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər.

Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür.

Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!