Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfəri çərçivəsində həmkarı Yair Lapid ilə görüşüb.
Modern.az xəbər verir ki, XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Çavuşoğlu 15 ildən sonra baş tutan ilk səfərdə həmkarı ilə ikitərəfli əlaqələri müzakirə etdiklərini, Məscidül-Əqsa ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. Onun sözlərinə görə, Türkiyənin məqsədi Yaxın Şərqdə davamlı sülhə nail olmaqdır.
Çavuşoğlu, eyni zamanda israilli həmkarını Türkiyəyə səfərə dəvət edib. Bu zaman İsrailin XİN başçısı Yair Lapid ona zarafatla cavab verib.
“Dönər kababı olsa gəlirəm” - israilli nazirin cavabı gülüşlə qarşılanıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri 15 ildən sonra ilk dəfə İsraildə səfərdədir.
Telegram kanalımız