Dönərdən zəhərlənənlərin vəziyyəti necədir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dönərdən zəhərlənənlərin vəziyyəti necədir? - Açıqlama

Sosial

13 Dekabr 2021 18:03 520


Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hər biri evə buraxılıb. 

Bu barədə Yenisabah.az-a Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar. pizza mizza

Xatırladaq ki, 1-i qadın, 7-si kişi olmaqla qəbul olunan 8 nəfərin hər biri dünən gün ərzində müxtəlif vaxtlarda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.

Həmçinin baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!