"FOX TV"də yayımlanan "Kirli Sepeti" serialının baş rolu Melisa Döngelin dostunun sevgilisi haqqında açıqlamaları qalmaqala səbəb olub.
BiG.AZ xəbər verir ki, 4 ay əvvəl verilişlərindən birində Melisa Döngel dostunun sevgilisi haqqında açıqlamalar verib. Aktrisa münasibətlərdən danışarkən " Dostumun sevgilisi ilə münasibət olmayıb. Amma heç bir şeydən əmin danışmağı sevmirəm. Dostumun sevgilisini bəyənərəm, xoşum gələr və "əsla" etmərəm demərəm. Ehtiyatlı davranmağa çalışaram. Sadəcə diqqətli olaram. Amma xoşumuz gəlibsə, nə edək? Keçmiş olsun".
Aylar sonra sözləri gündəm olan aktrisanın videosu sosial şəbəkədə qısa zamanda minlərlə insan tərəfindən paylaşılıb. Linç edilən aktrisa üçün "Belə halları normallaşdırmayın, biabırçılıq", "Sənin kimilər cəmiyyətin əxlaqını pozur", "O iyrəncliyi sən yaşatmadan, yaşayasan" kimi fikirlər səsləndirib. Dördpendirli pizza
Telegram kanalımız