Moskva sakini Boris Kondraşin 16 yaşında olarkən qətl törətməkdə ittiham olunaraq, 10 il həbs cəzası alıb.
"Yeni Sabah" xəbər verir ki, istintaq zamanı məlum olub ki, o, okkultizmlə maraqlanırmış və dostunu qurban kəsərək, qanını içib. Cəzasını psixiatriya xəstəxanasında məcburi müalicə olunaraq keçirib.
Xəstəxanadan çıxdıqdan sonra Boris Kondraşin saxta həkim diplomu alıb və Moskvanın xəstəxanalarından birində həkim işləməyə başlayıb. pizza
Bu yaxınlarda xəstəxana rəhbərliyi əməkdaşların şəxsi işlərini araşdırarkən bu fakt üzə çıxıb. Kondraşin sənədlərin saxtalaşdırılmasına və... qanunsuz narkotik dövriyyəsinə görə iki ay müddətinə həbs olunub. Cinayət işi üzrə istintaq davam etdirilir.
Virtualaz.org
Telegram kanalımız