Nərminə Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Marqarita pizza
Digər Sərəncamlarla Qoşqar Zeynalov Qars şəhərinə, Zamin Əliyev isə İstanbul şəhərinə baş konsul təyin ediliblər.
N.Mustafayeva 2020-ci ilin iyulunda, Z.Əliyev isə 2024-cü ilin noyabrında həmin vəzifəyə təyin edilmişdi.
Telegram kanalımız