Dövlət çevrilişinə cəhddə ittiham olunan Baqrat Qalstanyanla bağlı   YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Dövlət çevrilişinə cəhddə ittiham olunan Baqrat Qalstanyanla bağlı YENİ QƏRAR

Dünya

04 İyun 2026 20:58 161


Arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına buraxılıb. Bu barədə qərarı Apellyasiya Məhkəməsi onun vəkili Hovannes Xudoyanın vəsatətini qismən təmin edərək qəbul edib.

"Yeni Sabah" Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Qalstanyana cinayət işi üzrə digər fiqurantlarla təmasda olmaq qadağan edilib.

Bundan əlavə, aşağı instansiya məhkəməsi bugünkü iclasında Qalstanyana 7 iyun seçkisində səsvermədə iştirak etmək məqsədilə qeydiyyatda olduğu İcevan şəhərinə yeddi saatlıq getməyə icazə verib. Marqarita pizza

Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının lideri ötən ilin iyun ayının sonundan etibarən həbsdə idi. Ona qarşı dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!