Dövlət müəssisələrinin rəqəmsal monitorinqi genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi genişlənir

İqtisadiyyat

08 Oktyabr 2026 16:08 70


2026-cı ilin ilk 9 ayı ərzində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi vasitəsilə dövlət müəssisələrinin maliyyə hesabatlılığının təmin edilməsi və rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilib.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə platformada 1 113 müəssisə qeydiyyatdan keçib. Bu müddət ərzində altsistemə 3 298 aylıq və 11 434 rüblük hesabat daxil olub. Bundan başqa, 2026-cı il üzrə 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üçün 885 dividend proqnozu və növbəti il üçün 1 529 büdcə proqnozu hesabatı təqdim edilib.

Xatırladaq ki, sözügedən altsistem Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş RDMİS-in tərkib hissəsi kimi fəaliyyət gösterir. Sistem dövlət müəssisələrinin və dövlət payı olan hüquqi şəxslərin büdcə layihələrinin, proqnozlarının, habelə gəlir və xərclərinin icra vəziyyətinin rüblük əsasda monitorinqini və təhlilini həyata keçirir. pizza mizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!