Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxundu

Kriminal

25 May 2026 16:21 93


DTX keçirdiyi əməliyyatla xaricdə tutaraq Azərbaycana gətirdiyi, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Azər Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Dominos pizza

Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.

Azər Bağırovun necə ifşa olunduğunun detalları açıqlanmayıb.

Bu, Azər Bağırovun ilk məhkumluğu deyil. O, daha əvvəl qəsdən adam öldürməyə cəhdə görə cəza çəkib.

Məlum olduğu kimi, kriminal keçmişi olan azərbaycanlıların müxtəlif xarici xüsusi xidmət orqanları tərəfindən üçüncü ölkələrin ərazində örtük altında kəşfiyyat-təxribat əməllərinə cəlb olunması hallarına qarşı kompleks tədbirlər aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!