Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edildi

Kriminal

04 May 2026 15:10 87


Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.

Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Kamilli Vüsal Yusif oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.

O, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!