Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Kriminal

27 Fevral 2026 19:42 694


Dövlətə xəyanət etməkdə ittiham olunan Kamilli Vüsal Yusif oğlunun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi, baxış iclasının martın 13-nə təyin edilməsi və bundan sonrakı proseslərin qapalı keçirilməsi barədə qərar qəbul olunub. Sezar pizza

Qeyd edək ki, Vüsal Kamilli AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!