DSMF-nin yeni sədri Sahil Babayev və Anar Kərimovla qrup yoldaşı olub - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

DSMF-nin yeni sədri Sahil Babayev və Anar Kərimovla qrup yoldaşı olub - DOSYE

Siyasət

16 Aprel 2025 18:45 3552


Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Yenisabah.az yeni sədrin dosyesini təqdim edir:

Z.Mirzəyev 1978-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universiteninin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.

Qeyd edək ki, hazırda maliyyə naziri vəzifəsində çalışan Sahil Babayev və dünən onun birinci müavini təyin edilən Anar Kərimov da eyni ildə eyni fakültədə təhsil alıblar. 

Zəka Mirzəyev əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayıb.

2003-2004-cü illərdə hərbi xidmət keçdikdən sonra, 2005-ci ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub.

2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

Maliyyə Nazirliyində müvafiq vəzifələrdə işlədiyi müddətdə qanunvericilik və siyasət məsələləri ilə bağlı vəzifə funksiyalarının icrası ilə yanaşı, Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (“MONEYVAL”) Komitəsində ekspert qrupunun üzvü, Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar prosesində Azərbaycan Respublikasını təmsil edən İşçi Qrupunun üzvü, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş işçi qrupun üzvü, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlığı üzrə Daimi Komitəsində (“COMCEC”) maliyyə məsələləri üzrə Azərbaycan Respublikasını təmsilçisi və s. dövlət əhəmiyyətli funksiyaları icra edib.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.

20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.

İngilis və rus dillərini bilir.

Evlidir, dörd övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BƏS ADAMI, ARXASI. OLMAYAN ZƏKALI ÖVLADLARIMIZ NECƏ İŞLƏ TƏMİN OLUNSUNLAR? ONA GÖRƏ DƏ SAVADLILAR AZƏRBAYCANI TƏRK EDİRLƏR. ADAMI OLANLAR ÖLKƏNİ VİRAN QOYURLAR. BUDURMU ƏDALƏTLİ , DEMOKRATİK DÖVLƏT?
    1 year ago