DTX-nin saxladığı keçmiş icra başçısı məhkəməyə çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin saxladığı keçmiş icra başçısı məhkəməyə çıxarılır

Hadisə

31 Oktyabr 2025 16:52 1885


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev məhkəməyə çıxarılır.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.

Təqdimatı istintaq orqanı verib. pizza sifarişi

İ.Rzayev barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

Qeyd edək ki, DTX oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!