Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi

Hadisə

20 Yanvar 2026 01:39 628


"FlyDubai" aviaşirkətinə məxsus, Dubay-Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Aeroportdan "Yeni Sabah"a verilən məlumata görə, "Boeing 737" tipli təyyarə saat 00:04-də Bakıya uğurla eniş edib.

Qeyd olunub ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!