Dünən 2476 nəfər toya buraxılmayıb   - 120 nəfər CƏRİMƏLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Dünən 2476 nəfər toya buraxılmayıb - 120 nəfər CƏRİMƏLƏNİB

Sosial

28 İyul 2021 09:48 784


İyulun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqini həyata keçirib. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, monitorinq 211 şadlıq sarayında, 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: Toyuqlu pizza

- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2476 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!