Dünən şəhid olan hərbçimiz bu gün Xaçmazda dəfn ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Dünən şəhid olan hərbçimiz bu gün Xaçmazda dəfn ediləcək

Sosial

16 Aprel 2021 09:49 724


Vətən Müharibəsində ağır yaralanan və 6 ay komada qalan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 24 yaşlı Səbuhi Babək oğlu Hüseynli ötən gün şəhid olub.

Xaçmaz rayon İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə,  oktyabrın 26-da Xocavənd ətrafında gedən döyüşlərdə baş nahiyəsindən ağır yaralanan Səbuhi Hüseynli uzun müddət idi ki, Silahlı Qüvvələrin Kliniki  Baş Hospitalında və Respublika Neyrocərrahiyyə Xəstəxanasında  müalicə olunurdu.

İcra hakimiyyətindən o, da bildirilib ki, "YAŞAT "Fondu yaralı qazinin müalicəsini xüsusi nəzarətə götürmüşdü, Türkiyədən gələn həkimlər də onu müayinə etmişdilər. Amma baş nahiyəsindən aldığı güclü travma səbəbindən onu  tərpətmək, xaricə aparmaq mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Səbuhi ötən gün xəstəxanada keçinib. pizza sifarişi

Şəhid hərbçimiz bu gün Xaçmazın Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Şəhid Səbuhi Hüseynli ailəli olub, ondan yadigar bir övladı qaldı.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!