Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəlib

Dünya

28 Avqust 2026 18:10 47


Dünya bazarlarında şəkərin qiyməti təxminən 2% bahalaşaraq 2025-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu göstəricilər "ICE Futures" birjasının hərrac məlumatlarında öz əksini tapıb.

Bakı vaxtı ilə saat 11:49-a olan məlumata əsasən, şəkər üzrə ən yaxın - oktyabr füçersinin dəyəri əvvəlki müqavilələrlə müqayisədə 1.76% artım nümayiş etdirib. Beləliklə, qiymət bir funt (təxminən 4.54 kq) üçün 18.54 sentə qədər yüksəlib. pizza hut

Şəkər sonuncu dəfə bu səviyyədə 8 aprel 2025-ci il tarixində kotirovka olunmuşdu. Bununla yanaşı, nəzərəçarpacaq bahalaşma trendi bütün avqust ayı ərzində davam etməkdədir.

Ayın əvvəlindən etibarən şəkərin birja dəyəri artıq 26.5% artıb. Nəticə etibarilə, cəmi bir neçə həftə ərzində kotirovkalar əvvəlki qiymətin dörddə birindən çox artıb.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!