Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

İdman

23 Sentyabr 2023 19:43 547


Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda erməni Slavik Qalstyanı məğlub edib. 

Həsrət Cəfərov 5:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Bu uğur ona gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına da vəsiqə qazandırıb.

Final qarşılaşması sabah keçiriləcək.

Qeyd edək ki, bu gün, həmçinin, 63 kq-da Murad Məmmədov da finala yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!