6 Oktyabr - 23:38
Dünya çempionu Azərbaycana İslamiadada 25-ci qızıl medalı qazandırdı

Dünya çempionu Azərbaycana İslamiadada 25-ci qızıl medalı qazandırdı

İdman

17 Avqust 2022 20:03 662


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.

Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!