Dünya hesabatı açıqlandı - Azərbaycan Ermənistanı qabaqladı

Dünya hesabatı açıqlandı - Azərbaycan Ermənistanı qabaqladı
Sent 7, 2019 19:35
Oxunma sayı: 130

Azərbaycan Ümumdünya İqtisadi Forumunun "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatında 140 ölkə arasında 71-ci yeri tutub. 

“Yeni Sabah” xəbər verir ki, hesabat iki ildə bir dəfə yayımlanır və indeks özündə 10 komponenti birləşdirir.

Onlar arasında işgüzar mühit, təhlükəsizlik, insan resursu, qiymətlərin rəqabət qabiliyyəti, ekoloji davamlılıq, infrastrukturun inkişafı, təbiət və mədəniyyət resursları var. 

İndeksə əsasən, Azərbaycan 10 komponent üzrə 3,8 bal toplayıb. 

Qonşu ölkələrdən Rusiya 39-cu, Türkiyə 43-cü, Gürcüstan, 68-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 78-ci yerdədir. 

Reytinqə İspaniya, Fransa, Almaniya, Yaponiya və ABŞ başçılıq edir. 

Qeyd edək ki, siyahıda sonuncu yerləri Liberiya, Çad və Yəmən tutub. 

Yenisabah.az