Dünya iqlimində şok siqnal: “Super El Nino” - Yaponiya həyəcan təbili çalır

saytların hazırlanması

Evə çatdırılma

Dünya iqlimində şok siqnal: “Super El Nino” - Yaponiya həyəcan təbili çalır

Dünya

14 May 2026 13:47 257


Yaponiya Meteorologiya Agentliyinin (JMA) yeni iqlim proqnozlarına əsasən, Sakit okeanda El Nino hadisəsinin formalaşma ehtimalı təxminən 70 faizə yaxın qiymətləndirilir. Mütəxəssislər bu göstəricinin qlobal hava sistemində ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər.

“Yeni Sabah” xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) “El Nino Monitoring and Outlook” hesabatına əsasən, 2026-cı ilin yay dövründə Şimal yarımkürəsində El Nino şəraitinin yaranma ehtimalı yüksəlib.

Rəsmi proqnozlarda qeyd olunur ki, Sakit okeanda dəniz səthinin normadan artıq isinməsi atmosfer sirkulyasiyasına təsir göstərərək qlobal miqyasda ekstremal hava hadisələrini gücləndirə bilər. Pepperoni pizza

Mütəxəssislər bildirirlər ki, El Nino dövründə dünyanın müxtəlif bölgələrində, quraqlıq və məhsul itkisi riski artır, güclü yağışlar və daşqınlar müşahidə olunur, temperatur rekordları qeydə alına bilər.

JMA-nın qiymətləndirmələrində həm El Nino, həm də neytral ENSO vəziyyətləri üçün ehtimallar model əsaslı şəkildə təqdim edilir və nəticələrin dəyişkən ola biləcəyi vurğulanır.

Qeyd edək ki, El Nino Sakit okeanda dəniz səth temperaturunun normadan yüksək olması ilə xarakterizə olunan qlobal iqlim hadisəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!