ABŞ-nin "Access Opera" agentliyi amerikalı reper Kanye Uestin Sankt-Peterburqda (Rusiya) planlaşdırılan konsertlərinin ləğv edilməsi ilə bağlı şayiələri təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fontanka" nəşri tədbirə biletlərin pulunu geri qaytarmaq istəyən Sankt-Peterburq sakinlərindən birinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, şəxs agentliyin sosial şəbəkələrdəki rəsmi hesabına yazıb. Agentliyin nümayəndələri rusiyalıya şounun baş tutmayacağını və pulunu geri qaytarmaq üçün yerli təşkilatçıya ("Say Agency") müraciət etməli olduğunu bildiriblər. Dominos pizza
"Access Opera"ya müraciət edən rusiyalının sözlərinə görə, biletləri geri qaytarmaq istəyən pərəstişkarlar artıq sənədləri toplayıb məbləğin geri qaytarılması üçün banka müraciətlər göndəriblər, lakin demək olar ki, hamı imtina cavabı alıb.
Reperin çıxışının oktyabrın 10-u və 11-də "Qazprom Arena"da keçirilməsi planlaşdırılırdı, lakin arena təşkilatçı ilə müqavilənin olmaması səbəbindən konsertin ləğv edildiyini açıqlayıb./Oxu.az
Telegram kanalımız