Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 644,79 milyona çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Virusun yayılmasının başlanğıcından indiyədək 6,63 milyon insan COVID-19-a yoluxmanın nəticələrindən dünyasını dəyişib. pizza sifarişi
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.
Dünyada baş verən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, şənbə günü səhərə olan məlumata görə, planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 852,5 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3305, Hindistanda 377, Fransada 2426, Braziliyada 3205, Almaniyada 1886 nəfər ölüb.
Telegram kanalımız