Dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb

Sosial

14 İyul 2022 14:57 652


Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Bu müddət ərzində yoluxmalarda ən çox artım Sakit okean regionunda (28 faiz) və Şərqi Aralıq dənizi regionunda (25 faiz) qeydə alınıb. pizza mizza

İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. Eyni zamanda, ötən həftə ərzində 9,8 min nəfər vəfat edib.

Bu günədək dünyada koronavirusa yoluxanların sayı 553 milyon nəfəri, ölənlərin sayı 6,3 milyon nəfəri ötüb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!