Dünyada meymunçiçəyi STATİSTİKASI: Yoluxanların sayı artır

saytların hazırlanması

Evə çatdırılma

Dünyada meymunçiçəyi STATİSTİKASI: Yoluxanların sayı artır

Sosial

28 İyun 2022 09:10 722


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusuna yoluxma hallarının sayını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ÜST-nin məlumatına görə, ilin əvvəlindən indiyədək 50 ölkə 3,4 mindən çox insanda meymunçiçəyi xəstəliyi aşkarlanıb, bir nəfər dünyasını dəyişib.

Ən çox yoluxma faktı Avropa ölkələrində (86 faiz) müəyyən edilib. Xəstəliyə daha çox kişilər arasında rast gəlinir. pizza

Qeyd edək ki, ÜST xəstəliyin yayılmasını yüksək xəbərdarlıq pilləsi elan etməyib və beynəlxalq səviyyəli fövqəladə vəziyyət kimi dəyərləndirməyib. ÜST qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.

Bundan öncə Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

Xatırladaq ki, meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri "çiçək" xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır - qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.

Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir.

Meymunçiçəyi virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!