“Dünyamalı adını dəyişib Daniel, Elnarə Culyetta qoymaq istəyir”

saytların hazırlanması

Evə çatdırılma

“Dünyamalı adını dəyişib Daniel, Elnarə Culyetta qoymaq istəyir”

Sosial

12 Yanvar 2024 15:42 451


Bəziləri isə xarici adlardan istifadə etmək istəyir. Məsələn Dünyamalı adını dəyişib, Daniel, Elnarə adını dəyişib Culyetta qoymaq istəyir.

Yenisabah.az azvision.az-a istinadla xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O qeyd edib ki, uşağa adın verilməsi təkcə ailəyə mənsub deyil. Eyni zamanda bu, sosial mühitlə bağlı olan məsələdir. Ad seçiminə xüsusi diqqət yetirilməlidir. Dördpendirli pizza

S.Sadıqova vurğulayıb ki, son illərin insanların öz adlarını dəyişdirib xarici adlar alması halları çoxalıb: "Bir çox hallarda belə müraciətlər zamanı Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınmır. Məsələn, müraciət edir ki, adını "X"a dəyişmək istəyir. Bu nə dərəcədə doğrudur?

Yeni qəribə adların bəziləri müasir texnologiyalarla bağlıdır. Bəziləri isə xarici adlardan istifadə etmək istəyir. Məsələn Dünyamalı adını dəyişib, Daniel, Elnarə adını dəyişib Culyetta qoymaq istəyir. Belə etməklə özünü xarici vətəndaş kimi hiss edən, xaricdə öz adının daha çox populyar olacağını düşünənlər də var. Hərənin öz təfəkkür tərzi var və ona uyğun hərəkət edirlər. Ad dəyişmənin bir çox səbəbi valideynlərin vaxtında övladlarına yaxşı adlar verməməsidir ki, onlar da buna məcbur olurlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!