Dünyanı qorxudan Ebola statistikası: Ölüm nisbəti 48 faizi keçdi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanı qorxudan Ebola statistikası: Ölüm nisbəti 48 faizi keçdi

Dünya

29 Sentyabr 2026 14:30 73


Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə bağlı son statistika açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, ölkənin yeddi əyalətində davam edən epidemiyada təsdiqlənmiş yoluxma hallarının sayı 8 067-yə, ölənlərin sayı isə 3 901-ə çatıb.

Məlumata görə, epidemiyaya nadir “Bundibugyo” virus variantı səbəb olur. Bu variant üçün təsdiqlənmiş vaksin və spesifik müalicənin olmadığı, ölüm nisbətinin isə 48 faizdən yüksək olduğu bildirilir. Marqarita pizza

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, epidemiyanın başlanmasından indiyədək 50 tibb işçisi həyatını itirib.

Qeyd olunub ki, hazırkı epidemiya yayılma sürəti baxımından 2014–2016-cı illərdə Qərbi Afrikada baş verən və 11 mindən çox insanın ölümü ilə nəticələnən Ebola epidemiyasını geridə qoyub.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!