Dünyanın 93 ölkəsindən Azərbaycanda tələbə təhsil alır

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın 93 ölkəsindən Azərbaycanda tələbə təhsil alır

Sosial

17 Yanvar 2024 13:27 246


Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan, Suriya, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edir.  Sezar pizza

Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. 

Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çinin ali təhsil müəssisələrində təhsil alır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!