Dünyanın ən böyük kömürlə işləyən elektrik stansiyaların birində yanğın
10 İyn 2021 17:21
312

Dünyanın ən böyük kömürlə işləyən elektrik stansiyaların birində yanğın

Tayvanda “Taichung” Elektrik Stansiyasında yanğın baş verib.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, yanğın 3 saat sonra nəzarətə götürülüb.

Hadisə zamanı limandan elektrik stansiyasına kömür aparan kəmər sisteminin zədələndiyi açıqlanıb. Həmçinin elektrik stansiyasının ümumi işində heç bir pozuntu olmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, stansiya dünyanın dördüncü böyük kömürlə işləyən elektrik stansiyasıdır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər