Dünyanın ən pis turistik yerləri - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən pis turistik yerləri - Siyahı

Dünya

01 Oktyabr 2023 09:07 457


Mütəxəssislər bir sıra amilləri təhlil edərək ən pis turistik yerlərin reytinqini tərtib ediblər.

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki,  ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır.

İkinci yerdə İstanbuldakı Qapalı Çarşı (Türkiyə ) qərarlaşıb. Turistlər Qapalı Çarşı ilə bağlı malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər. pizza

Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac-Mahal məqbərəsi tutub. Turistlər hər addımda onları izləyən tacirlərdən şikayətləniblər.

Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World, həmçinin Everland əyləncə parkları (Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı eləcə də Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi və Böyük Çin səddi yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!