Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Dünyanın ən zəngin adamları  AÇIQLANDI
18 İyn 2021 10:38
526

Dünyanın ən zəngin adamları AÇIQLANDI

Dünyanın ən zəngin adamlarının siyahısı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, siyahının ilk pilləsində sərvəti 200,7 mlrd. ABŞ dolları təşkil edən "Amazon"un təsisçisi Ceff Bezos qərarlaşıb.

Reytinqin ilk beşliyinə Bernar Arno (LVMH, 200,4 mlrd. dollar), İlon Mask ("Tesla" və "SpaceX", 154,6 mlrd. dollar), Bill Qeyts ("Microsoft", 125,9 mlrd. dollar) və Mark Zukerberq ("Facebook", 121,9 mlrd. dollar) daxil olub.

Maraqlısı budur ki, siyahının ikinci pilləsində qərarlaşan LVMH qrupunun ("Louis Vuitton Moet Hennessy" – "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Moet & Chandon", "Hennessy" və digər brendlər altında lüks malların istehsalçısı) prezidenti Bernar Arnonun sərvəti sutka ərzində 1,4 mlrd. dollar artaraq ilk dəfə 200 mlrd. dolları keçib. O, "Amazon"un təsisçisi Ceff Bezosdan sonra dünyada sərvəti 200 mlrd. dolları keçən ikinci adam oldu. Mayın 24-də Bernar Arno dünyanın ən zəngin adamları siyahısının zirvəsinə yüksəlmişdi. Həmin an onun sərvəti Ceff Bezosun varidatından 300 mln. dollar çox idi. Milyarderin sərvətinin kəskin artması COVID-19 pandemiyası zamanı LVMH qrupunun nümayiş etdirdiyi yaxşı göstəricilərlə əlaqədardır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər