Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO

Hadisə

26 Avqust 2020 12:29 1435


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.

AZƏRTAC xəbər verir ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05:00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.

Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!