DYP-dən hərəkət iştirakçılarına   MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT

Sosial

16 Oktyabr 2022 14:10 827


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabr ayının 17-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!