Ebola yenidən can alır: Ölənlərin sayı 60-a çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ebola yenidən can alır: Ölənlərin sayı 60-a çatdı

Dünya

02 İyun 2026 23:34 128


Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola qızdırması epidemiyası zamanı ölənlərin sayı 60-a çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Rəsmi təsdiqlənmiş məlumatlara əsasən, Ebolaya yoluxanların sayı 344 nəfərə yüksəlib. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı 48 təsdiqlənmiş ölüm və 321 yoluxma faktı barədə məlumat vermişdi. Marqarita pizza

Ebola xəstəliyinin 17-ci dalğası KDR-da mayın 15-də başlayıb. Xəstəliyin ocağı ölkənin şərqində yerləşən İturi vilayətidir. Ebola halları Uqanda ilə həmsərhəd olan bu bölgədə qeydə alınıb.

Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün monitorinq və nəzarət tədbirlərini davam etdirirlər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!