Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və EBSCO-nun təşkilatçılığı ilə EBSCO məlumat bazasının təqdimatı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, MEK direktoru Leyla İmanova təqdimatın AMEA Rəyasət Heyətinin elmi jurnalların monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında Qərarının Tədbirlər planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə EBSCO İnformasiya Xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz çıxış edib. O, ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixi haqqında məlumat verib. Bildirib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. pizza hut
Daha sonra Mehmet Can Soyulmaz GOBİ kitabxana sistemi, onun yaranması və müasir dövrdəki fəaliyyəti haqqında danışıb. O, qeyd edib ki, bir neçə ildir fəaliyyət göstərən GOBİ kitabxana sistemi oxucular üçün kitabların axtarılması, sifarişi, daha asan şəkildə əldə edilməsində köməklik edir. M.Soyulmaz “Taylor Francis”, “Cambridge University Press”, “Wiley” nəşriyyat evləri haqqında da təlimçiləri məlumatlandıraraq onların xüsusi paketə malik olmaları, impakt faktorları jurnalları satın almaları, yeni nəşrlərlə yanaşı jurnalların arxivini də əldə etmək imkanlarının olduğunu deyib. Həmçinin bu nəşriyyat evlərinin satınalmada əsasən dərnək nəşrlərinə, elm üzrə nobel mükafatçılarının əsərlərinə və s. üstünlük verildiklərini vurğulayıb. Mehmet Can Soyulmaz çıxışında qeyd olunan nəşriyyat evlərinin e-resurslarının 2 ay müddətinə ödənişsiz açıq istifadəyə veriləcəyini bildirib.
Telegram kanalımız