Əbülfəs Qarayev Qulam İsakzai ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayev Qulam İsakzai ilə görüşüb

Rəqəmsal

01 Fevral 2019 02:45 1220


Mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib. Əbülfəs Qarayev prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına toxunaraq forumların BMT vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib.

Nazir, həmçinin BMT-nin baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb. Cari ilin 2-3 may tarixində Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirən  Əbülfəs Qarayev Forumun təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu qeyd edib.

Qulam İsakzai, öz növbəsində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmağa hazır olduğunu qeyd edərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!