“Əbülfəs Qarayevlə aramızda pərdə olub” – Flora Kərimovadan qalmaqallı açıqlamalar
27 May 2020 11:40
702

“Əbülfəs Qarayevlə aramızda pərdə olub” – Flora Kərimovadan qalmaqallı açıqlamalar

Xalq artisti Flora Kərimova ilə həmkarı, tanınmış rejissor Şeyx Əbdül arasındakı qalmaqal davam edir.

Yenisabah.az xəbər verir ki, F.Kərimova Şeyx Əbdülün ittihamlarına cavab verib. O, heç vaxt sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevlə dost olmadığını bildirib: “Qarabağdakı son hadisələr məni o qədər sarsıtdı ki, sizə cavab vermək haqqında heç düşünmürdüm, amma növbəti böhtanınız məni buna vadar etdi. Əbdül bəy, sizin ürəyiniz dolu imiş ki... “Flora özü gecə-gündüz Əbülfəsə (Qarayevə) daş atmaqla məşğul olub”... Birinci, siz elə danışırsınız, elə bil xislətimdə olmayan bütün "qeybətlərimin" ortağı və şahidi olmusuz! Sizinlə ildə bir dəfə bir verilişdə rastlaşmışıqsa, şükürlüdür. İkinci, Əbülfəs Qarayev barədə mən nə və nə zaman mənfi müsahibə vermişəm? Elə bir yazım varsa (qətiyyən mümkünsüzdür), heç olmasa birini göstərin. 26 il nazir kürsüsündə əyləşmiş "dostunuza", sizin sözünüzlə desəm, "Əbülfəs Qarayevin ən böyük düşməni Flora özü olub” fikrini indi deməkdənsə, o vaxt səhvimi üzümə vurmaqla məni utandıra bilərdiz! O zaman "dostunuzu" niyə müdafiə etmədiniz? Əbülfəs Qarayevlə mən heç vaxt dost olmamışam. Aramızda pərdə olub. Nadir hallarda görüşəndə nəzakətlə bir birimizə salam vermişik. Mənim onunla münasibətim bununla kifayətlənib”. 

Xanım sənətçi kinorejissoru təhqirlərə görə cəzalandıra biləcəyini xatırlatsa da, bunu etməyəcəyini vurğulayıb: “Gözünüzün qabağında yaşadığım işgəncələrə seyirci olduğunuz hansı "mənəvi haqqa" arxalanıb bu sözləri mənə deyirsiniz?! Sizin mənə söz çəkisini anlamadan “sürüşkən və təhlükəli”, "savadı yoxdur", “intellekti yüksək deyil”, “qalmaqallı illəri üçün darıxıb”, "əlimdən öpür", "dövlətin düşməni olub" və s. dediyiniz fikirlərin yerinizə başqa biri olsaydı, əmin olun ki, mənim ona olan cəza nəticələrimi qaldıra bilməzdi! Qurban olsun sizin ağ saçlarınıza! “Cinsiyyəti bəlli olmayan tullantılarına, küçə uşaqlarına desin” - deyəndə kimi nəzərdə tutursuz? Sizin yazınıza bir mənalı münasibət bildirən milləti? Ayıb deyilmi? Siz, deyəsən, məni həqiqətən kimləsə qarışdırırsız! Bir vaxt məni barışdırmaq istəyib, barışdırmaq üçün də məndən yox, ondan icazə almaq istədiyiniz kəs deyiləm ki, çevrəmdə 40 yaltaq və sülək gəzdirim. Hər dəfəsində məni təəccübləndirirsiz. Təkrar edirəm, nə nazir, nə nazirin rüşvət üstündə tutulan müavini, nə də verdikləri adların söhbəti gedir. Söhbət 26 il susub, illər sonra cürətli görünmək istəyib cılız olan fürsətgir insanlar və insanlıqdan gedir. Nə isə... keçmiş olsun! Ümid edirəm ki, məni yaxşı başa düşdünüz!!!”.

“Əbülfəs Qarayevlə aramızda pərdə olub” – Flora Kərimovadan qalmaqallı açıqlamalar

Oxşar xəbərlər