Ədalət Şükürov Damla ilə efirə çıxmaq istəməyib
13 Avq 2020 13:16
938

Ədalət Şükürov Damla ilə efirə çıxmaq istəməyib

Əməkdar artist Ədalət Şükürov və müğənni Damla "5/5" proqramında qonaq olublar.

Yenisabah.az xəbər verir ki, efir zamanı diqqət çəkən məqan onların studiyaya tək-tək gəlməsi olub.

Proqramın ilk saatında Şükürov proqramda yer alıb. Müğənni aparıcının suallarını cavablandırıb, mahnılar səsləndirib.

Axşam.az  yazır ki, daha sonra Ə.Şükürov studiyadan gedib və Damla gəlib. Zaur Kamalın "Təəssüf ki, Ədalət getdi" sözlərinə Damla "Maraqlı həmsöhbət olardıq. Eybi yox, ikimiz danışarıq" cavabını verib.

Aparıcı daha sonra "Həmrək deyilsiniz. Çalışıram həmrək olasınız,  birləşdirim sizi, can deyib, can eşidəsiniz. Amma bəyənməməzlik var. O, onu, bu, bunu bəyənmir" sözlərini əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər