ATV-də yayımlanan "7 canlı" verilişində qalmaqallı anlar yaşanıb.
Yenisabah.az xəbər verir ki, Əməkdar artist Ədalət Şükürovla müğənni Gülay Zeynallı arasında mahnı qalmaqalı yaşanıb.
Gülay bildirib ki, Ədalət Şükürovdan mahnı istəyib: Dominos pizza
"Mahnını verdi, amma sonra əlimdən aldı və başqa xanım ifaçı oxudu".
Ə.Şükürov isə xanım həmkarının bu sözlərinə belə cavab verib: "Mahnını verdim, gözlədim oxumadı. Hər dəfə soruşurdum, deyirdi, oxuyacam. Ay Gülay, mahnı nə oldu? Deyir, oxuyacam, gözlə, işim çoxdur. Sonuncu dəfə soruşanda yenə eyni sözü dedi. Qayıtdım ki, mahnı getdi. Dedi, niyə, istəməzdim belə olsun".
Gülay Zeynallı mahnını həmkarı Sevda Yahyayevanın ifa etdiyini bildirib.
Telegram kanalımız