“Əgər hüquq-mühafizə orqanında bu qədər narkoman varsa...” – Keçmiş gömrükçüdən skandal açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Əgər hüquq-mühafizə orqanında bu qədər narkoman varsa...” – Keçmiş gömrükçüdən skandal açıqlama

Siyasət

06 Sentyabr 2022 14:08 2606


“Şahin Bğırovun əməllərini mən təqdir edirəm, çox gözəl bir metoddur. Çünki narkotik qəbul edən adamlar hansı postda olur-olsun, – hansı ki, gömrük də dövlətin qapısıdır – bunlar dövlət  üçün çox ciddi iqtisadi təhlükə yarada bilirlər. Çünki bu şəxslərin imzaladığı istənilən gömrük bəyannaməsi dövlətə milyonlara başa gələ bilər və bu da birmənalıdır”.

Bu sözləri Milli Məclisin sabiq deputatı, uzun illər Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini olmuş Cümşüd Nuriyev “Yeni Sabah”a açıqlamasında deyib.

Eks-gömrükçü DGK-da baş verən narkotik qalmaqalına münasibət bildirərkən deyib ki, əslində, bu test çoxdan keçirilməli idi: pizza

“Amma işə götürüləndə onların hamısı testdən keçir. Bildiyiniz kimi, hüquq mühafizə orqanlarında qanuna görə, hamı testdən keçməlidir. Ona görə də bunun əvvəlcədən olduğuna inanmıram, bu, mümkünsüzdür. Çünki bir nəfər bəlkə də hansısa yollarla keçə bilər, amma bütün hüquq-mühafizə orqanları işə qəbul edəndə o şəxsləri mütləq narkoloji dispanserdə testdən keçirilirlər. 

Belə olan halda da, əgər qanda narkotik varsa, bunu gizlətmək mümkün deyil. Lakin mənə elə gəlir ki, onlar sonradan narkotikə qurşanıblar. Çünki həm gəlirləri olub, həm də ki, narkotikə qurşananların 70%-dən çoxu imkanları olanlardır. Onların arasında kasıb uşaqlar ola bilər ki, onlar da narko-kuryer kimi istifadə oluna bilərlər”.

C. Nuriyev əlavə edib ki, bu, həm də cəmiyyətə verilmiş bir mesajdır:

“Bu saat Azərbaycanın ən böyük bəlası narkotikdir və artıq orta məktəblərə belə gəlib çıxıb. Bizim milli genofondumuzu çox sakitcə şəkildə İran məhv edir. Azərbaycana gətirilən 90% narkotik İrandan gəlir və çox təəssüf ki, o narkobaronların hamısı da bizim vətəndaşlarımızdır. Doğrudur, aşağı səviyyəlilərin hamısını həbs edirlər, amma hələ ki bir dənə də narkobaron tutulmayıb. Bu da mümkün ola bilməz, inanın. Çünki DİN hər gün 10-15 nəfər tutur və son 6 ay ərzində bəlkə də 1,000 nəfərdən çox bunun ticarəti ilə məşğul olanlar tutulub, lakin bunların içində dövlət postunda olan yoxdur”.

Sabiq deputatın sözlərinə görə, gömrükdə belə bir işin aparılması çox yaxşı addımdır:

“Yaxşı olar ki, digər orqanlarda da bu aparılsın. Adətən, narkotik aludəçiliyi sonradan olur. Amma başqa bir şey də var ki, DGK-ya işə düzələnlərin əksəriyyəti ya dövlət məmurlarıdır, ya da ki, deputatların yaxın qohumlarıdır. Bu mənada da komitə rəhbərliyinin keçmişini günahlandırmaq bir qədər düz olmur. Çünki rəhbərlik, adətən imtahanla götürür və bunlar imtahan verib keçəndən sonra testlə analiz verirlər. Bəli, ikinci mərhələdə onlardan sorğu-sual olunur, amma onun alnına yazılmayıb ki, bu narkomandır, yaxud buna meyllidir”.

Müsahibimiz düşünür ki, bütün hallarda burada nəzarət olmalı idi:

“Çünki DGK-nın Daxili Təhlükəsizlik İdarəsi var və orada sədr olmasa da, I müavin operativ nəzarətə baxır. Onlar gömrük işçilərinin hal-vəziyyətinə baxaraq, gizli müşahidə aparmaqla tanış olurlar. Hər şöbədə də belə adamlar fəaliyyət göstərir. Ona görə də burada sədrdən çox DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin rəhbərliyi günahkardır. Bir də buna nəzarət edən I müavin daha çox günahkardır ki, bu qədər narkoman orada olub və bu günə qədər də onları müəyyən etmək olmayıb. Amma dəqiq biliblər ki, var. 

Doğrudur, onların kimliyi və şəxsiyyəti haqqında məlumat verilmir, amma sayı onlarladır, 3-5 nəfər deyil. Əgər hər hansı hüquq-mühafizə orqanında bu qədər narkoman varsa, həmin təşkilatda birinci, Daxili Təhlükəsizlik İdarəsinin rəhbərliyi, ikinci, operativ nəzarətə baxan I müavin, yekunda isə sədr günahkardır. Çünki sədrin əlində əlavə vəzifələr də var. Burada Daxili Təhqiqat İstintaq İdarəsi də mövcuddur ki, onların da üzərinə düşən vəzifələr olmalı idi”.

“Bu adamların çoxu DGK-da yüksək postlarda oturan, “dayısı” olan adamlardır ki, bunlar bu günə qədər müəyyənləşdirilə bilinməyib, yaxud göz yumublar ki, kiminsə kimsəsidir.

Ümumiyyətlə, prokurorluq orqanları, məhkəmədə və s. idarələrdə belə bir test keçirilməlidir. Onda özünüz də görəcəksiniz ki, Azərbaycanda nə qədər papalarının gül balaları var ki, narkomandır çoxu. Bu narkotikləri yayanların özlərinin uşaqları da bu bəlaya düçar olur. Çünki Peyğəmbər əleyhissəlam demişkən, etmə, bulma dünyasıdır”, - deyə o, yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!