Əhali Xersonu tərk edir - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əhali Xersonu tərk edir - VİDEO

Dünya

19 Oktyabr 2022 16:07 906


Xerson vilayətinin 50-60 min sakini Dnepr çayının digər sahilinə köçürülür.

Yenisabah.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə agentliyin şəhərdə olan əməkdaşı məlumat verib.

Qeyd edək ki, bundan bir müddət öncə Xersonun Rusiya tərəfindən təyin olunmuş "rəhbəri" Vladimir Saldo bildirmişdi ki, şəhərə girişlər 1 həftəlik bağlanılıb. Sezar pizza

"Mülki əhalinin Xerson vilayətinə girişi 7 gün müddətinə bağlanır. Vilayətə giriş yalnız komendaturanın verdiyi buraxılış vərəqəsi ilə mümkün olacaq. Şəhərdəki bütün güc strukturları, hərbi-mülki idarə, bölmələr və bütün nazirliklər Dnepr çayının sol sahilə keçir”, - deyə Saldo vurğulayıb.

Onun sözlərinə görə, Xerson sakinlərinin 40%-i artıq bölgəni tərk edib. 

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin son günlər başlatdığı əks-hücum nəticəsində Xerson istiqamətində Rusiya ordusu geri addım atmağa məcbur olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!