Əhaliyə XƏBƏRDARLIQ: Evdən bayıra ÇIXMAYIN!   Ölkə gücləndirilmiş iş rejiminə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ: Evdən bayıra ÇIXMAYIN! Ölkə gücləndirilmiş iş rejiminə keçdi

Sosial

16 Aprel 2025 16:16 2861


Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.

 Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən “Yeni Sabah”a verilən xəbərə görə, əvvəlcədən xəbərdar edildiyi kimi, ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür.

 Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür, əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır.

 Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-nə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyəti qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!