Azərbaycanda ağır yol qəzası: Ölən və yaralananlar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralananlar var - Fotolar

Hadisə

03 May 2020 14:44 103150


Göyçayda 1 nəfərin ölmü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində olub.

Belə ki, rayonun Kürdəmiş kənd sakini Allahverdiyev Akşin Firudin oğlu idarə etdiyi "Daewoo" marka minik avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi Babayev Ələkbər Tapdıq oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. pizza mizza

Qəza zaman "VAZ 21011" sürücüsü - 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu ölüb.

Digər avtomobilin sürücüsü Kürdəmiş kənd sakini, Allahverdiyev Akşin Firudin oğlu və sərnişinləri - 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!