Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA

Sosial

25 Aprel 2026 12:12 150


Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.

"Yeni Sabah" xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin saat 12:00-a olan məlumatında qeyd olunub.

Düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa, Gəncə, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad və Lənkəranda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 28, Bərdə və Tərtərdə 25, Ağdamda 24, Goranboyda 23, Göyçayda 22, Naftalanda 21, Şəkidə 20, Kəlbəcərdə 19, Göygöldə 17, Sabirabad, Qobustan və Yardımlıda 16, Culfa, Balakən və Zaqatalada 15-m/s-yə çatır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!