Əhaliyə XƏBƏRDARLIQ: Xaricdən şübhəli zəng gələrsə...

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ: Xaricdən şübhəli zəng gələrsə...

Sosial

17 Aprel 2023 08:15 2530


Son illər kiberhücumlar aktual problemlərdən biri olaraq qalmaqdadır.

“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, istər sosial şəbəkələr üzərindən, istərsə də iş fəaliyyətimizdə kiber hücumlara son zamanlar daha tez-tez rast gəlirik.

Bu kimi hallara qarşı aparılan maariflənidirici tədbirlərə baxmayaraq, hələ də bu tora düşən vətəndaşlar az deyil. pizza

İT üzrə mütəxəssis Fərhad Əliyevin sözlərinə görə, bu dələduzluqların çoxu xaricdən idarə olunur.

Digər bir dələduzluq faktına toxunan ekspert bildirdi ki, bəzən vətəndaşlar arasında qorxu və həyəcan yaradaraq, kiberdələduzlar öz çirkin əməllərini həyata keçirir.

Ekspert bu cür kiberdələduzlarla mübarizə aparmaq üçün vətəndaşları ayıq-sayıq olmağa çağırdı.

“Şübhəli mesajlar gəldikdə qəbul etməyib bloklamaq lazımdır”.

Həmçinin heç bir halda sosial şəbəkələr və ya vətəndaşa gələn gizli zənglər üzərindən fərdi məlumatları paylaşmaq olmaz.

“O cümlədən təhlükəsizlik kodlarının da paylaşılması yolverilməzdir”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!