“Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşdü

Hadisə

28 Avqust 2026 19:38 108


Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxs dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb. pizza sifarişi

Şəxsin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!