11 sentyabr terror hücumlarının 25-ci ildönümü ərəfəsində Nyu-York səmada duyğulu anlara səhnə olub.
“Yeni Sabah” xəbər verir ki, keçirilən xüsusi dron şousu zamanı yüzlərlə işıqlı dronun köməyi ilə faciədə məhv olan məşhur Əkiz Qüllələr ("World Trade Center") göy üzündə vizual olaraq yenidən canlandırılıb.
Anım tədbiri çərçivəsində təşkil olunan bu fərqli işıq şousu şəhər sakinləri və izləyicilər tərəfindən böyük maraq və həyəcanla qarşılanıb. pizza
Xatırladaq ki, “Əl Qaidə” terror təşkilatı tərəfindən 2001-ci ilin 11 sentyabr tarixində həyata keçirilən terror aktında 2996 nəfər həlak olub.
Nazim Hacıyev
Telegram kanalımız