Əkrəm Əylisli: “Mənim Rübabə adlı xalaqızım yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm Əylisli: “Mənim Rübabə adlı xalaqızım yoxdur”

Sosial

08 May 2023 15:31 1187


Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. 

Hurriyyet.az saytına istinadən yayımlanan xəbərdə qeyd olunurdu ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Türkiyə Respublikasını, o cümlədən Türk millətini qaralamaq fəaliyyətini həyata keçirməsində, fars şovnizminin isə təbliğ edilməsində ən böyük “yarağı” Nətavən Qədimova olub.

“Natəvanın anası Rübabə müəllimə Əkrəm Əylislinin xalası qızıdır və Natəvanın Azərbaycan xalqına düşmənçiliyinin səbəbi də başadüşüləndir”. pizza

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı Əkrəm Əylisli nə Nətavən Qədimova, nə də anası Rübabə adında qohumu olmadığını bildirib. O, yayılan məlumatların tamamilə yanlış olduğunu qeyd edib:

“Xəbər yayılıb ki, guya Nətavən Qədimova mənim qohumumdur. Bu tamamilə gülünc və mənasız informasiyadır, bunu kim nə üçün uydurub bilmirəm, amma mən o adda adam tanımıram. Mənim Rübabə adlı xalaqızım yoxdur. Sözügedən adamlarla heç tanış da deyilik, o ki  qaldı, qohum olaq. Həmin şəxslərin bizim ailəyə heç bir aidiyyatı yoxdur, bunu kimsə uydurub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!