Eks-prezident bahalı hədiyyələri qaytaracaq

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezident bahalı hədiyyələri qaytaracaq

Dünya

14 Mart 2023 10:01 767


Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun vəkilləri səudiyyəlilərin bağışladığı daş-qaşı təhvil verməyə razılaşdıqlarını açıqlayıblar.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, 2021-ci ilin oktyabrında vergi agentləri Braziliya mədən və energetika nazirinin çantasından 3,2 milyon dollar dəyərində zərgərlik qutusu aşkar ediblər. O, Yaxın Şərq səfərindən qayıdırmış.

Baqajda İsveçrə brendi olan "Chopard"ın hazırladığı qol saatı, bahalı qələm və başqa zinət əşyaları olan qutu olub. Sezar pizza

Səudiyyə Ərəbistanında verilən bahalı hədiyyə Braziliya prezidentinə çatmalı imiş.

Məsələni araşdıran Federal Hesablama Məhkəməsi (TCU) Bolsonaro və Albuquerqedən hədiyyələri təhvil verməsi barədə qərar çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!